Latviya Təbiət Elmləri və Texnologiyaları Universitetinin nümayəndə heyəti və Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.
Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinə dəstək proqramı icra olunur.Səfərin məqsədi Latviyanın Qida və Baytarlıq Xidmətinin regional ofisinin rəhbəri Marek Samoxvalov və Latviya Təbiət Elmləri və Texnologiyaları UniversitetininBaytarlıq fakültəsinin dekanı professor Kaspars Kovalenko fakültənin müəllim heyəti ilə birgə tədris proqramınıtəkmilləşdirmək və müzakirələrapararaq təkliflərin hazırlanmasında iştirak etməkdir.
Görüş zamanı səfərdən məmnunluğunu bildirən Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov mövcud layhiələrin perspektivindən və gələcəkdə planlaşdırılan layihələr haqda fikirlərini bildirib.
Əlihüseyn Şükürov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB