Koronavirisa görə Gəncə Hava Limanı gücləndirilmiş iş rejiminə keçdi - FOTOLAR

Koronavirisa görə Gəncə Hava Limanı gücləndirilmiş iş rejiminə keçdi - FOTOLAR

Koronavirusu ilə bağlı Gəncə Beynalxalq Hava Limanı gücləndirilmiş iş rejiminə keçib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, aparılan tədbirlər çərçivəsində sərhəd gömrük keçid məntəqəsində Gəncə şəhərinə gələn bütün sərnişinlər yoxlanılır.

Sərnişinlər "termo vizir", yəni termal kameralar vasiətəsi ilə yoxlanılır. Bundan əlavə, hərarətin yoxlanılması üçün əlavə tibbi cihazlardan istifadə edilir. Hava limanında çalışanların, eləcə də sərnişinlərin əksəriyyətində qoruyucu maskalar taxılıb. Hərarəti olan şəxslər birbaşa Hava Limanından Gəncə şəhər Təcili Tibbi Yardım Yardım Stansiyasının briqadaları tərəfindən Gəncə Yolxucu Xəstəliklər Xəstəxanasına aparılıb. Bu günə kimi sözügedən virus aşkar olunmayıb. Bəzi hərarəti olan şəxslər müəyyən edilib ki, həmin şəxslərdə müayinədən sonra evə buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə