YAP Könüllülərindən “Bizim həyət” layihəsinə DƏSTƏK REPORTAJ-SƏS TV
Bu gün Yeni Azərbaycan Partiyasının könüllüləri tərəfindən İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “ Bizim həyət” layihəsinə dəstək, eyni zamanda gənclər arasında sağlam həyat tərzinin aşılanması məqsədilə “Sağlam həyat naminə” adlı ilk aksiyasını Binəqədi rayonunda keçirilib.
Binəqədi rayonu, 6 mikrarayon 201 nömrəli binanın qarşısında keçirilən aksiyada gənclər İDEA İctimai Birliyi tərəfindən həyata keçirilən təmirsiz həyətlərin abadlaşdırılmasına yönələn “Bizim həyət” layihəsi çərçivəsində quraşdırılan idman qurğuları, oyun meydançalarında səmərəli vaxt keçiriblər.
YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti İDEA İctimai Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Bakı və respublikamızın digər iri şəhərlərində “Bizim həyət" layihələsi çərçivəsində Binəqədi rayonunda onlarla həyət abadlaşdırılaraq sakinlərin ixtiyarına verilib.
Onun sözlərinə görə, həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpasında əsas məqsəd sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır: “Abadlaşdırılan həyətlərdə müxtəlif idman qurğularının quraşdırılması, meydançaların salınması gənclərimizin asudə vaxtlarınıən səmərəli keçirilməsində çox mühüm rol oynayır. Bu addımlar əhali və ən əsasə isə gənclər tərəfindən müsbət qarşılanır. Çünki gənclərimiz avadlaşdırılan həyətlərdə müxtəlif idman oyunları, yarışları keçirirlər. Bildiyiniz kimi Azərbaycan idman ölkəsidir və gənclərimizin idmana olan həvəsinin artırılması məqsədilə müxtəlif işlər görülür. Əlbəttə ki bu işlərdə məhəllələrin abadlaşdırılması da xüsusi rola malikdir. Təbii ki, yaradılan şəraitdən azyaşlılar da faydalanır. Bütün bunlar dövlətimizin gənclərə, eləcə də uşaqlara göstərdiyi dövlət qayğısının nəticəsidir”.
YAP Gənclər Birliyinin ofis rəhbəri Elmar Məmmədov söyləyib ki, YAP Könüllüləri Prezident İlham Əliyevin 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə bağlı məlum sərəncamını rəhbər tutaraq Tədbirlər Planı hazırlayıb.
Onun sözlərinə görə, Plana əsasən, könüllülər tərəfindən social, ekoloji, mədəni və idman kütləvi tədbirlər həyata keçiriləcək: “Bugünkü aksiyamızın əsas məqsədi İDEA İctimai Birliyinin təsisçisi və rəhbəriliyi ilə həyata keçirilən “Bizim həyət” layihəsinə dəstək və YAP Könüllülərinin “Sağlam həyat naminə” adlı aksiyasında birləşməsidir. Burada qarşıya qoyulan şərtlərdən biri gənclərin asudə vaxtını səmərəli təşkil etmək, idmanla məşğul olmasıdır. Bu, təkcə paytaxt Bakı və ətraf rayonları deyil, eləcə də regionları da əhatə edəcək. Belə məhəllələrin salınması gənclərin sağlam həyat sürməsi üçün mühüm əhəmiyyət kəsb edir”.
Azərbaycanda könüllülər üçün təşkil olunan layihələrdən yararlandığını dilə gətirən YAP könüllüsü Yeganə Cavadova bu cür layihələrin gənclərin sağlam, gələcəklərini qurması üçün önəmli rola malik olduğunu bildirib: “ Bildiyiniz kimi Azərbaycanda könüllülər üçün müxtəlif, ekoloji, mədəni, idman sahəsi ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Biz də könüllülər olaraq həmin layihələrdən yararlanaraq həm də bir ideya ətrafında birləşməyimizə xidmət edir. Belə ki, layihələr vasitəsilə gənclər ünsiyyət qurmaqla yanaşı, həm də etdikləri müşahidələr əsasında təcrübə toplamaq şansı əldə edirlər”.
YAP könüllüsü Baxşəliyev Məhəmməd söyləyib ki, həyata keçirilən layihələr onun sağlamlığı üçün çox mühümdür: “Sağlam bədəndə sağlam ruh olur” deyimi var. Mən bu deyimi rəhbər tutaraq diziki sağlamlığıma önəm verirəm. Bu baxımdan gənclərimiz üçün bu istiqamətdə həyata keçirilən layihələrdən yararlanmağa çalışıram. Çünki mənəvi və fiziki sağlamlığımızı qorumaq zəruridir. Abadlaşdırılmış həyətlər bizə asudə vaxtlarımız, idmanla məşğul olmaq imkanı yaradır”.
Könüllülük fəaliyyətinin onun üçün uğur gətirdiyini deyən Əhmədzadə Fidan söyləyib ki, gənclər üçün
nəzərdə tutulan layihələr onların birgə əməyi, kollektiv fəaliyyəti üçün vacibdir: “Biz bu cür layihələrdə bir artaya gəlir, vaxtımızı səmərəli, faydalı keçiririk. Könüllü olmağın üstünlüyündən çox danışmaq olar. Çünki, könüllü olmaq birgə olmaq, birgə əmək fəaliyyəti göstərmək deməkdir. Bu gün biz tarix boyu bir-birinin evini, bərabər şəkərbura bükən, topaqlarını şumlayan anaların övladları olaraq dünyada geniş vüsət alan könüllülər hərəkatının öncülləriyik. Bir gənc olaraq həyata keçirilən layihələri bəyənir, dəstəkləyirəm. Könüllü amanı qazandığmız dostluqlar, bacarıqlar gələcək həyatımıza da öz müsbət təsirlərini göstərəcək”.
Məlumat üçün nəzərinizə çatdıraq ki, yaşıllıqların qorunmasına, sağlam gənc nəslin yetişdirilməsinə və əhalinin rifahının yaxşılaşdırılmasına xüsusi önəm verən IDEA İctimai Birliyi tərəfindən Bakı şəhərinin rayonlarının icra hakimiyyətlərinin dəstəyi ilə baxımsız həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsinə 2007-ci ildən start verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB