Artıq iki gündür ki, ölkə ərazisində soyuq hava şəraiti hökm sürür. İnsanları isə ən çox maraqlandıran sual belə havanın nəvaxta kimi davam edəcəyidir. Hidrometroloqlar soyuq havanın ömrünün az olacağını bildiriblər. Qeyri sabit hava şəraiti bu gün pik həddə çatıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, küləkli hava şəraiti sabah nisbət zəifləyəcək.
Bakıda və Abşeron yarımadasında, eləcə də bölgələrdə havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Rayonlarda havanın normaya düşəcəyi bildirilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.
Bugün qeyri sabit hava meteohəssas insanlar üçün əlverişsiz olsa da amma sabah iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB