Martın 2-də Əli-Bayramlı seysmoloji stansiyasından 34 kilometr şimal-qərbdə Hacıqabulda maqnitudası 3.2 olan zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:33-də qeydə alınıb. Ocağı 3 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB