“ASAN xidmət” mərkəzlərində dezinfeksiya işləri həyata keçirilib

“ASAN xidmət” mərkəzlərində dezinfeksiya işləri həyata keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildiriblər ki, mərkəzlərdə dezinfeksiya işləri həyata keçirilib. Bunun üçün xüsusi dərman məhlullarından istifadə olunub.

Müvafiq işlər “ASAN xidmət” mərkəzlərində qeyri-iş saatlarında icra olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə