Virusdan qorunmağın əsas ÜSULU KARATAYDAN -TÖVSİYƏ

Virusdan qorunmağın əsas ÜSULU KARATAYDAN -TÖVSİYƏ

“Koronavirus yeni xəstəlik deyil. İllərdir ki biz bu xəstəliklərlə bərabər yaşayırıq. Çox təəssüf ki, bəziləri bu xəstəlikdən istifadə edərək insanlar arasında təşviş yaratmaq istəyir. Lakin bundan təşvişə düşmək lazım deyil”. SİA-nın xəbərinə görə, bunu İstanbulun Kadıköy Florence Nightingale klinikasınln daxili xəstəliklər və kardiologiya professoru Canan Karatay müsahibəsində deyib.

O bildirib ki, Amerikanın Xəstəlik və Qabaqlayıcı Mərkəzinin açıqladığı statistikaya əsasən, 2020-ci ilin yanvarın 18-dək bu ölkədə 15 milyon insan zökəm xəstəliyinə tutulub və onlardan 140 mini xəstəxanaya yerləşdirilib, 8 min 200 nəfəri isə dünyasını dəyişib: “Niyə bu rəqəmlər deyilmir məhz koronavirusadan danışılır?”.

Professorun sözlərinə görə, hər il dünyada 8 mindən artıq insan dünyasını dəyişir: “Bu baxımdan məhz koronavirusla bağlı ölüm hallarının xüsusi vurğulanması sensasiya yaratmaq məqsədi daşıyır. Koronavirusdan ölənlərin cəmi 70 nəfəri uşaqlardır. Əksəriyyəti isə 80 yaşdan yuxarı olanlardır. Bu da o deməkdir ki, vurisdan ölənlər bir çox xəstəliyi olan yaşlılardır. Hansı ki, bu yaşda olanların əksəriyyəti ürək, qan-damar, şəkər və digər xəstəliklərdən əziyyət çəkir”.

C. Karatay qeyd edib ki, virusdan qorunmaq üçün kütləvi yerlərdən uzaq olmalı, əllərimizi tez-tez yumalı, təmizlik qaydalarına riayət etməliyik: Unutmayın ki, vuruslar yalnız canlının üzərində yaşayır. Cansız yerlərin dezinfeksiya edilməsi yanlışdır. Çünki həmin ərazilərdə vurisların yaşaması mümkün deyil”.

Virusdan qorunmağın əsas üsulunu açıqlayan professor deyib: “Bir kasa qaynar suya 1 stəkan ev sirkəsi və yarım stəkan kristal qaya duzunu əridib tökərək tənəffüs yollarınızı buxara verə bilərsiniz. Bu üsuldan istifadə edənlər qrip virusundan uzaq olar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə