"Koronavirusun ömrünə az vaxt qalıb" MÜTƏXƏSSİSDƏN XƏBƏR-ÖZƏL - VİDEO

"Koronavirusun ömrünə az vaxt qalıb"  MÜTƏXƏSSİSDƏN XƏBƏR-ÖZƏL - VİDEO

“Artıq insanlarda koronavirusla bağlı fobiya yaranmağa başlayıb. Hətta asqıran insana baxışların belə fərqli olduğunu görmək mümkündür”. Bu fikirləri SİA-ya açıqlamasında həkim, fitoterapevt Sadiq Salami deyib.

Onun sözlərinə görə, lakin insanlar bilməlidir ki, fobiyanın özü xəstəlikdən daha qorxulu, təhlükəlidir: “Bəzən xəstəlikdən deyil, ondan qorxduğumuza görə xəstəlinib ölə bilərik. Elə insanlar var ki, xərçən xəstəliyinin adını belə eşidən kimi narahatçılıq keçiri, müxtəlif hallara düşür. Amma əslində bu xəstəlik o qədər də ölümcül deyil. Bu xəstəliklə uzun illər yaşayaıb, qorxmayan insanlar da var”.

Həkim söyləyib ki, istənilən virusa, eləcə də koronavirusa yoluxmamaq üçün ilk növbədə immunitete möhkəm olmalıdır: “Viruslar daha çox immun sistemi zəif olan insanlara daha tez yoluxa bilir. Statistikaya baxsaq virusun geniş yayaılan ərazilərdə həlak olanların əksəriyyətinin yaşlı insanların olduğunu görmək mümkündür. Əgər bir insan tez-tez zökəm, soyuqdəymə viruslarına yoluxursa, demək ki onun immun sistemi zəifdir. Xroniki yorğunluq, yuxusuzluq, halsızlıq hallarını müşahidə edənlər bilməlidir ki, onların immun sistemi zəifdir”.

Koronavirusun ömrünə az vaxtın qaldığını deyən mütəxəssis vurğulayıb ki, soyuq aylarda yoluxma riski çox olan infeksiya yazda havanın hərarəti 18-20 dərəcəyə çatdıqdan sonra virusdan əsər-əlamət qalmayacaq.

S.Salami qeyd edib ki, immun sistemini məöhkəmləndirmək üçün müxtəlif vasitələrdən istifadə etməlidir: “Viruslara qarşı hər birimiz antibiotik vasitələrdən istifadə edirik. Lakin kimyəvi antibiotiklər zərərli virusları öldürməklə yanaşı, bağırsağın xeyrli mikroflorasını bərbad gününə qoyur. Bu baxımdan biz təbii antibiotiklərdən istifadə etməliyik. Bunlardan biri baldır. Bal həm də immun sistemini gücləndirir. Propolis məhsulu etdiyi təsirlərə görə “çempion” adlanır. Çünki bu məhsul həm orqanizmdə viruslardan təmizləyir, həm də immuniteti yüksəldir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə