Şəxsi heyət və döyüş texnikası təlim bölgəsinə yola düşüb FOTO

Şəxsi heyət və döyüş texnikası təlim bölgəsinə yola düşüb FOTO
Azərbaycan Ordusunda keçiriləcək genişmiqyaslı komanda-qərargah təlimlərinin rəhbərliyi, eləcə də təlimlərə cəlb edilən şəxsi heyət və xüsusi texnika təlim bölgəsinə yola düşüb. Müdafiə Nazirliyindən SİA-ya bildiriblər ki, şəxsi heyət və texnikanın bütün hərəkət marşrutlarında komendant xidməti təşkil olunub, kolonların yerdən və havadan müşayiət edilməsi həyata keçirilir. Bir neçə mərhələdən ibarət keçiriləcək təlimlər martın 6-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə