Ötən ay ölkədən 20 min 781 tonadək plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib. SİA Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac olunan plastmas və onlardan hazırlanan məmulatların dəyəri isə 15 milyon 616 min ABŞ dolları olub.
Xatırladaq ki, keçən ilin yanvarında 11,6 milyon dollarlıq 13,1 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB