Bakı şəhərinin Suraxanı rayonunda mağaza yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonda ümumi sahəsi 25 m² olan mağazanın yanar konstruksiyaları 10 m² sahədə yanıb. Yüksək temperaturdan mağazanın lambirindən ibarət tavanı 25 m² sahədə əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə