Türkiyənin Manisa vilayətində 3,9 bal gücündə zəlzələ baş verib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 23:47-də qeydə alınıb. Zəlzələnin episentri Akhisar rayonunda olub.

Yeraltı təkanlaın ocağı 7,06 kilometr dərinlikdə yerləşib.

Mümkün tələfat və dağıntı barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə