Yaqut Qarayeva: "Azərbaycana gələn şəxslər iki mərhələdə yoxlanılır" - AÇIQLAMA

"Azərbaycanda sərhəddə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlər davam edir". SİA-nın verdiyi məlumata görə, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.

Bildirilib ki, Azərbaycana gələn şəxslər iki mərhələdə yoxlanılır: "Birinci mərhələ sərhəddə termometriya ilə yoxlanılır, ikinci mərhələdə isə həkimlər tərəfindən təkrar termometriya yoxlaması aparılır. İkinci mərhələdə aparılan müayinələr zaman şübhə yaranarsa, analizlər götürürük. Təsdiqləndiyi halda tədbirlər görülür".

Bütün xəbərlər Facebook səhifəmizdə