İstirahət günlərində hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - fevralın 29-da və martın 1-də gözlənilən hava proqnozunu açıqlayıb. Departamentdən SİA-ya verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz havanın əsasən yağmursuz keçəcəyi, lakin fevralın 29-da axşam, martın 1-də arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 5-10° isti olacaq.

Lənkəran-Astara zonasında havanın əsasən yağmursuz keçəcəyi, lakin martın 1-də gündüz yağıntılı olacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-6°, gündüz 10-15°, dağlarda gecə 1-6°, gündüz 5-10° isti olacağı proqnozlaşdırılır.

Qazax-Gəncə zonasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin fevralın 29-da axşam, martın 1-də arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 9-14° isti olacağı bildirilir.

Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin fevralın 29-da axşam, martın 1-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 10-15° isti olacağı ehtimalı var.

Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacağı ehtimal edilir.

Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək, gündüz saatlarında mülayimləşəcək. Havanın temperaturunun gecə 5-7°, gündüz 9-11° isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...