Tələbələr “AMAL” layihəsi çərçivəsində fermer fəaliyyəti ilə məşqul olacaqlar

Lənkəran Peşə Liseyinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq üzrə Elmi Tədqiqat İnstitutu (MÇETİ) arasında kənd təsərrüfatı sahəsində təcrübəli mütəxəssislərin hazırlanmasına xidmət edən əməkdaşlıq müqaviləsinə əsasən Lisey Azərbaycanda həyata keçirilən və gənclərin aqrar sahəyə marağının artırılmasına yönələn Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) layihəsinə qoşulub. SİA-nın məlumatına görə, layihə çərçivəsində Lənkəran Peşə Liseyinin tələbələri AMAL təşkil etdiyi aqrar bizneslə bağlı treninqlərdə iştirak ediblər, liseyin və MÇETİ təcrübəli mütəxəssisləri tərəfindən sutrus meyvəçiliyin inkişafı ilə bağlı master klaslarda iştirak ediblər. Lənkəran Peşə Liseyinin 2 tələbəsi və 1 məzunu ölkəmizin 23 rayonundan aqrar sahədə çalışan və təhsil alan gəncləri birləşdirən AMAL Qış Akademiyasında iştirak edirlər.

AMAL layihəsi dəstəyi ilə Lənkəran Peşə Liseyinin gənc fermerləri KTN MÇETİ Lənkəran Filialının ərazisində 10 ha sitrus bağlarının saınmasında iştirak edir və müqaviləyə əsasən Liseyin 40 tələbəsi MÇETİ ərazisində salınan sitrus bağında fermer fəaliyyəti ilə məşqul olacaq və bağlardan yığılan məhsullardan gələn gəlirlərin bir hissəsi onların arasında bölünəcək.

AMAL qış akademiyası çərçivəsində Lənkəranda səfərdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Naziri İnam Kərimov, Lənkəran İcra Hakimimiyyətinin başçısı Taleh Qaraşov və digər rəsmi qonaqlar AMAL layihəsi çərçivəsində Lənkəran Peşə Liseyinin gənc fermerlərinin iştirakı ilə MÇETİ ərazisində salınan sitrus bağına səfər etmiş və gənc fermerlərlə görüşərək, ölkəmizdə aqrar sahədə aparılan islahatların, bu sahədə gənc kadrların hazırlığının vacibliyi haqqında məlumat vermiş və gənclərə uğurlar arzulamışlar.

AMAL layihəsi çərçivəsində Lənkəran Peşə Liseyinin tələbələri AMAL aqro servis və AMAL aqro məhəlləsi layihələinə qoşulmaları ilə bağlı ilkin razılaşma əldə olunub.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə