Bakıda işıqların sönməsinin səbəbləri açıqlandı

"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti Bakıda elektrik enerjisinin verilişində fasilənin yaranma səbəblərini açıqlayıb. Qurumun İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib ki, Bakının Suraxanı və Nizami rayonlarının bəzi ərazilərini əhatə edən yüksək gərginlikli xətdə baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Əməliyyat heyətinin operativ fəaliyyəti nəticəsində elektrik enerjisinin verilişi bərpa edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...