Naxçıvan Qarnizonu tam orta məktəbində Xocalı faciəsinin qurbanları anılıb

Naxçıvan Qarnizonu tam orta məktəbində Xocalı faciəsinin 28 - ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov açıb. O, çıxışında Azərbaycan xalqının XIX və XX əsrlər tarixində baş vermiş faciəli hadisələri xatırlatdı. Bu qanlı hadisələrin əksəriyyətinin ermənilərin əli ilə törədilməsindən, imperiya qüvvələrinin ermənilərdən bir vasitə kimi istifadə etməsindən, Azərbaycanda Soyqırım və deportasiya siyasətini həyata keçirmələrindən ətraflı məlumat verbi.

1918-ci ildə Azərbaycan xalqı öz istiqlqalı uğrunda mübarizəyə qalxanda mart hadisələri törədilmiş, Bakıda və ölkəmizin digər şəhərlərində xalqımız soyqırıma məruz qalmışdır. Tarix XX əsrin sonunda təkrar olunmuş, xalqımız özünün istiqlal mübarizəsində 20 Yanvar faciəsini, iki il sonra Xocalı faciəsini – soyqırımını yaşamalı olmuşdur.

Məruzəçi təəssüflə qeyd etdi ki, təcavüzkarların dəstəklənməsi, tarixi gerçəkliyə və müasir siyasi proseslərə ikili standartlar mövqeyindən yanaşma halları günümüzün acı reallığıdır: “Biz - bütün sülhsevər insanlar insan haqlarına və demokratiyaya zidd yanlış addımları qətiyyətlə pisləyir, bu yolda olan bəzi dövlətləri və siyasətçiləri yaxın tariximizin ən qanlı səhifəsi olan Xocalı soyqırımına diqqət yetirməyə dəvət edir, hər kəsi narahat dünyamızın gələcək taleyi naminə haqqın və ədalətin yanında olmağa çağırırıq.

Sonra məktəbin tarix müəllimi Ulduz Eyvazova “Xocalı faciəsindən ötən 28 il” mövzusunda çıxış edib. Ulduz müəllimə “Xocalı faciəsi”nin baş vermə səbəblərini, mənfur qonşularımızın bu faciəni planlı şəkildə hazırladıqlarını, onun bir tarixi cinayət olduğunu faktlar əsasında diqqətə çatdırdı: “Azərbaycanın qədim tarixini özündə əks etdirən, çox mühüm coğrafi-strateji əhəmiyyətə malik olan Xocalıda Dağlıq Qarabağın yeganə hava limanı yerləşdiyindən mənfur ermənilər bu şəhəri hədəf seçmişdilər. Bu səbəbdən bir gecənin içərisində 7000 əhalisi olan şəhər dağıdıldı, yandırıldı, talan olundu. Heç kimə aman verilmədi. Qoca, cavan və uşaqlar amansızlıqla qətlə yetirildi”.

Çıxışlardan sonra Xalq şairi - sinəsində yurd həsrətli, xalqını, millətini, yurdunu dərin məhəbbətlə sevən Zəlimxan Yaqub yaradıcılığından ədəbi – bədii kompozisiya göstərildi.

Şairin Xocalı adlı yurdun dağıdılıb viran qalmasını urək yanğısı ilə qələmə aldığı, gələcək nəsillərin yaddaşından silinməyəcək bu tarix - Xocalı soyqırımı təkcə Azərbaycana, Azərbaycan xalqına deyil, insanlığa qarşı törədilmiş ən ağır, misli görünməmiş cinayətdir.

Məktəbin şagirdləri sonda tədbiri bu sözlərlə yekunlaşdırdılar: “Biz şagirdlər, bütün sülhsevər insanlar kimi müharibələri, soyqırımları pisləyir, onları törədən insanları lənətləyirik. Azərbaycan tarixində baş vermiş soyqırım qurbanlarını unutmamaq üçün onların xatirəsini hər zaman anacaq və sülhün Yer kürəsində bərqərar olması üçün çalışacağıq”.

Yekunda tədbir iştirakçıları, məktəbin şagirdlərinin “Xocalı faciəsi” nə həsr etdikləri rəsm sərgisinə baxdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...