Türkiyədən Naxçıvana yük nəqliyyat vasitələrinin buraxılışı bərpa edilib

25 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Türkiyə Respublikasının Prezi-denti cənab Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş görüşdə Türkiyə Respublikasından Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası istiqamətində yük nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində yaranan məhdudiyyətlər müzakirə edilib. Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən SİA-ya verilən məlumata görə, mövcud vəziyyətlə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Rəcəb Tayyib Ərdoğan qarşısında məsələ qaldırılıb, Türkiyə Respublikasının Prezidenti tərəfindən Türkiyə Respublikasının “Dilucu” dövlət sərhədindən buraxılış məntəqəsindən yük nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına “Sədərək” dövlət sərhədindən buraxılış məntəqəsindən buraxılmalarına dair Türkiyə Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə göstərişlər verilib və 26 fevral 2020-ci il tarixdə, saat 15:10 radələrindən etibarən yük nəqliyyat vasitələrinin buraxılışları bərpa edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...