Bakı və Abşeronda toz dumanı müşahidə edilir

Hazırda Bakı və Abşeron yarımadasında toz dumanı müşahidə olunur.

SİA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov bildirib.

O deyib ki, hazırda Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı lokal xarakter daşıyır. Buna səbəb dünənki külək nəticəsində atmosferin yuxarı qatına qalxmış tozun səhər saatlarında müşahidə olunan duman və nisbi rütubətin yüksək olması ilə əlaqədar atmosferin aşağı qatına enməsidir.

R.Bağırov qeyd edib ki, hazırda tozun miqdarı sanitar normadan 2,6 dəfə çoxdur. Tozlu hava şəraitinin günün sonunadək müşahidə olunacağı ehtimal olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...