Rusiyalı jurnalistin Xocalı xatirəsi

Xocalıda yenicə dünyaya gəlmiş 3 günlük körpə əsiri xilas edən rusiyalı jurnalist Viktoriya İvleva: “Xocalının girəcəyində bir buluda bənzər nəyinsə hərəkət etdiyini gördüm. Bu bulud yarıçılpaq insan toplusu idi. Onlar bir daha danışmayacaq şəhidlər idi”.

Xocalıda girov götürülmüş bir qadına kömək etdiyi zaman erməni əsgəri tərəfindən döyülən jurnalist Viktoriya İvleva həmin mənzərəni belə xatırlayır: “Girovlar sırasında üç uşaqlı bir qadın hərəkət edirdi. O, qarda ayaqyalın addımlayırdı. Çətinliklə hərəkət edir və tez-tez yıxılaraq yerə düşürdü. Sonra məlum oldu ki, onun ən kiçik uşağı yalnız üç gündür ki, doğulub. Üç gün! Mən uşağı əllərimə götürdüm və qadınla yanaşı addımlamağa başladım. Biz hər ikimiz-mən və o qadın ağlayırdıq... Geyimim məni girovlardan ayırsa da, bir neçə dəfə daha tez yerimək üçün kötək zərbəsi və söyüşə məruz qaldım. Təhlükədə olmadığımı bilsəm də, bir anlıq həmin vaxt mən özümü girov kimi hiss etdim. Heç kəsə bu cür vəziyyətə düşməyi arzulamazdım”. Bu hadisədən düz 19 il sonra- 2011-ci ildə jurnalist Viktoriya İvleva həmin qadını Azərbaycanda tapır. Onun kiçik uşağı – Günay böyümüşdü, lakin uşaqlıqda aldığı sarıntıdan danışa bilmirdi. Günayın sağ qalmaq üçün çox mübarizə aparmasına baxmayaraq, aldığı həmin güclü zərbə və sarsıntı Viktoriya İvlevanın Azərbaycana səfərindən qısa müddət sonra onun həyatına son qoyur.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...