"Ermənistan rəhbərliyi Azərbaycan qarşısında cavab verəcək" AÇIQLAMA
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün çalışır və icma gələcəkdə daha da intensiv hərəkət etmək niyyətindədir". SİA xəbər verir ki, bu sözləri "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev deyib.
Tural Gəncəliyev qeyd edib ki, soyqrımı aktı artıb bir sıra ölkələr tərəfindən tanınıb:
"Xocalı soyqırımının dünyada tanınması üçün bütün lazımi tədbirlər görüləcək. Bu soyqırımın törədilməsinə görə məsuliyyət daşıyan Ermənistanın keçmiş rəhbərliyinin nümayəndələri - Serj Sarkisyanın, Robert Köçaryanın və onların köməkçisi Artur Lukasyanın məsuliyyətə cəlb olunması üçün hər cürə səylər göstəriləcək. Biz onların hər birinin Azərbaycan xalqı qarşısında cavabdeh olmasını tələb edəcəyik və bu tezliklə baş verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB