XİN Xocalının 28-ci ildönümünə həsr olunmuş konfrans keçirib

Bu gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Baş Prokurorluğu Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar mətbuat konfransı keçiriblər. SİA xəbər verir ki, mətbuat konfransında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva və Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev iştirak edib.

Mətbuat konfransında mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva çıxış edərək Xarici İşlər Nazirliyi ilə Baş Prokurorluğun birgə bəyanatını səsləndirib. Daha sonra sözü Hərbi Prokurorluöun xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyevə verib.

Emil Tağıyev Xocalı soyqırımı ilə bağlı aparılan istintaq işləri haqqında məlumat verib və eyni zamanda Xocalı hadisələri zamanı zərər çəkmiş şəxslərin sayını təqdim edib.

O bildirib ki, cinayət işi 5 istiqamət üzrə həyata keçirilir və cinayət işinin istintaqı zamanı 305 şəxsin törətdiyi əməllər Cinayət Məcəlləsinə əsasən müvafiq maddələrində nəzərdə tutulan hallar üzrə sübuta yetirilib.

Tağıyev əlavə edib ki, Ermənistanın sabiq prezidenti Serj Sarksyan və Robert Köçəryanla bağlı hazırda istintaq davam etdirilir. Daha sonra Emil Tağıyev jurnaslitlərin suallarını cavablandırıb.

Mətbuat konfransı bitdikdən sonra Xocalının 28-ci il dönümünə həsr olunmuş sərgi nümayiş olunub. Sərginin açılışını Xarici İşlər nazirinin müavini Xələf Xələfov edib.

Sərgidə Azərbaycandakı diplomatik korpusun nümayəndələri də iştirak ediblər.

Sərgi sonrasında Xocalı soyqrımın 28-ci il dönümünə həsr olunmuş film nümayiş olunub.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə