Aptekdən 4 min manatlıq oğurluq olub

Bakıda aptekdən 2 min manatlıqlıq soyğunçuluq edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də rayon ərazisindəki apteklərin birindən soyğunçuluq yolu ilə 2000 manat aparmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş V.Hüseynov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun Yasamal rayonu ərazisindəki digər bir aptekdən 2000 manat oğurlaması da müəyyən edilib.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə