Xocalı soyqırımı Rusiya mediasında FOTOLAR

Rusiya mətbuatında "Qadınlar və uşaqlar qarda ölüblər" başlıqlı xəbər dərc olunub. SİA-nın məlumatına görə, xəbərdə 28-ci ili tamam olan faciənin baş verməsindən bəhs edilib: "28 il əvvəl, 1992-ci il fevralın 25-dən-26-na keçən gecə Dağlıq Qarabağın Xocalı şəhərində azərbaycanlıların qurbanı olduqları faciə baş verib. Qarabağ münaqişəsinin ortasında, Ermənistan silahlı qüvvələri strateji əhəmiyyətə malik olan şəhəri mühasirəyə alıb və sonra hücuma keçib. Bu əməliyyat dinc sakinlərin kütləvi ölümü ilə nəticələnib. 600-dən çox yerli azərbaycanlı, əsasən uşaqlar, qadınlar və qocalar öldürülüb. Xocalı faciəsindən 28 il ötməsinə baxmayaraq, günahkarlar hələ də cəzasız qalıb.

Məqalədə bildirilib ki, Xocalı faciəsi Dağlıq Qarabağdakı müharibənin ən qanlı və amansız epizodudur.

Xocalı Qarabağın ən böyük şəhərlərindən biri və azərbaycanlıların sayına görə ikinci idi.
Bundan əlavə, Xocalı böyük strateji əhəmiyyətə malik idi. Xankəndi, Əsgəran və Ağdamı birləşdirən yollar da Xocalıdan keçirdi.

Xəbərdə Xocalı sakini Sənubər Ələkbərovanın fikirləri də yer alıb: "Xocalı hadisəsi zamanı gördüklərimi heç vaxt unutmayacam. Cəsədlərdən dağ əmələ gəlmişdi. Anam və mən güllələndik. Qızlarım Sevinc və Hicran yaralandı. Yaşlılar, cavanlar və uşaqlar qarda öldülər. Həmin hadisə zamanı qışqırıb, kömək istəyirdik".

Mərhum jurnalist Çingiz Mustafayev: "Hələ havadan yerə baxanda 500-ə qədər donmuş meyit gördüm. Bizi müşahidə edən polislər meyitləri qohumlarına çatdırmalı idi. Aramızda olan iki nəfər mənzərədən huşunu itirdi".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...