"Azərbaycanın qəmi-kədəri bizim də qəm-kədərimizdir" - AÇIQLAMA

“İran Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Həm möhtərəm Prezidentimiz, həm də Xarici İşlər Nazirliyi illər boyu bu barədə hər zaman danışıblar”. Bunu SİA-ya açıqlamasında İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.

Səfir vurğulayıb ki, qardaş Azərbaycanın qəmi-kədəri bizim də qəm-kədərimizdir: “Azərbaycanın bizim ölkəmizdə çox böyük hörməti var və biz hər zaman Azərbaycanın ərazi bütövlüyünü rəsmi şəkildə tanımışıq. Azərbaycanın Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çalışmasını da biz dəstəkləyirik və ümid edirik ki, haqq yerini tezliklə tapacaq”.

C.Cahangirzadə bildirib ki, Azərbaycanın İrandakı səfirliyi orada tədbirlər, soyqırımı ilə bağlı sərgi keçirəcək: “Dünyanın heç bir yerində uşağın, qadının, qocanın fərq qoymadan soyqırımına məruz qalması qəbul edilən deyil. Dini, əxlaqı, məzhəbi olan heç bir kəs bunu qəbul edə bilməz. İran-İraq müharibəsində 220 mindən çox insanımızı şəhid vermişik. Bu çətinliklərdən keçmiş bir xalq kimi bütün bu yaşananları çox yaxşı başa düşürük. Biz heç vaxt istəmirik ki, Azərbaycanın başına bu cür hadisə gəlsin”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə