Səfir: "Ədalətin bərqərar edilməsi bütün insanlığın istəyidir" - AÇIQLAMA

“Hər il Xocalı soyqırımı haqqında danışarkən bu hadisənin nə qədər ağır faciə olduğu barədə danışırıq”. Bunu SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Erkan Özoral deyib.

Səfir bildirib ki, bundan 28 il əvvəl 613 günahsız insan bəzi şəxslərin çirkin əməlləri uğrunda qətl edilməsi sözün əsl mənasında bütün insanlıq adına utanc vericidir: “İlk əvvəl bunu dünyadan gizlməyə çalışsalar da, Xocalıda yaşana qətliyamın bir faciə olduğu bütün dünyada eşidilib. Bu gün bir daha Xocalıda itirdiyimiz 613 nəfər qardaşımıza Allahdan rəhmət diləyirik”.

E.Özoral vurğulayıb ki, Keçən 28 ildən sonra mənim istəyim Xocalıda ədalətin zəfər çalması, bu qətliyamı törədənlərin ədalət qarşısında hesabat vermələridir: “Təəsüf ki, bu mövzuda bu günə qədər heç bir addım atılmayıb. Bu cinayəti törədənlər öz ölkələrində qəhrəman kimi qarşılanıblar. Ədalətin bərqərar edilməsi düşünürəm ki, təkcə mənim, Azərbaycan xalqının yox, bütün insanlığın istəyidir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə