Bu məxluq bir zaman "Üç Palma"da olduğu kimi Fransada da şəbi-hicran deyir

Anormal müxalifətin, anormal ünsürlərdən ibarət olan bir ovuc toplumunun hər zaman əsas işləri əxlaqa, milli-mənəvi dəyərlərə, milli mentalitetimizə yad olan mövqe sərgiləmələridir. Onları ifşa edib, ağıllandırmağa, ən azı normal insan obrazında cəmiyyətə təqdim etmək də mümkün deyil. Çünki onların umacları el məsəlində deyildiyi kimi, əxlaqsızlıqdan, mənəviyyatsızlıqdan yoğrulub. Fikir verin, AXCP, Müsavat liderlərini və onların əlaltılarını rolunda çıxış edən trollarını Azərbaycan ictimaiyyəti, media orqanları kifayət qədər ibrətamiz ifadələrlə, məsləhətlərlə islah etməyə çalışıb, ancaq faydası olmayıb. Bu üzdəniraq ünsürlər öz keyfiyyətsizliklərini hər fürsətdə nümayiş etdirməyə çalışıblar. Araşdırmalar zamanı bəlli olur ki, onları birləşdirən başlıca məqsəd xarici işbazların, Azərbaycana düşmən kəsilən maraqlı dairələrin ayırdıqları qrantlardır. Hansı ki, bu qrantlar olmasa, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və onların xaricdəki "Söyüş qrup"ları yaşam tərzlərini itirər və nə internet televiziyaları, nə canlı yayımları, nə də saytları fəaliyyət göstərməz.

Qrant olmasa Qənimət Zahid bədbəxt ola bilər

Xüsusilə, "Turan" adlı internet televiziya yaradıb, Azərbacanın milli və dövlətçilik maraqlarına zərbə vurmağı özünə peşə və mübarizə metodu seçən Qənimət Zahid bədbəxt günə qalar. Çünki Fransada ona qaşına-gözünə aşiq olub, elə-belə yaşamağa və söyüş söyməyə yer ayırmayıblar. Çoxları Q.Zahidin hansı əlləm-qəlləm əməllərin və "yuvanın quşu" olduğunu yaxşı bilir. Yaxın keçmişdə onun nə qədər xəyanətlər etdiyi, çoxsaylı tərbiyəsiz işlərlə məşğul olduğunu da ictimai-siyasi prosesləri izləyən hər kəsə məlumdur. Birmənalı şəkildə mövqe ondan ibarətdir ki, Q.Zahid tüfeyli, içki düşkün, pula hərisin biridir. Bu məxluq "Azadlıq" qəzetinin baş redaktoru olarkən işi-peşəsi insanları şantaj etməklə əldə etdiyi pulları özü kimi əxlaqda olan Əli Kərimli,

Azər Əhmədov və digərləri ilə eyş-işrət məclislərinə xərcləmək olub. Onun pula hərisliyi pul-para olanda Ə.Kərimliyə də atmaqdan çəkindirməyib. Yayılan məlumatlara görə, Soros Fondunun "Azadlıq" qəzetinə ayırdığı 175 min avro pulu AXCP sədri və Qənimət Zahid bölə bilməyiblər. Soros Fondu həmin pulu Qənimət Zahidin hesabına köçürüb. Pula sahib olduqdan sonra Q.Zahid Ə.Kərimliyə rədd cavabı verib. "Yurd" şefinin israrlı yazışması Qəniməti yola gətirə bilməyib. Ə.Kərimli onun ardınca Fransaya öz adamını da göndərib. Dava-dalaş əlbəyaxa davaya çevrilsə də, Q.Zahid pulu verməkdən imtina edib.

"Üç Palma" restoranında əxlaqslzıq

Q.Zahid bəzən o qədər içib bir növ açarını itirmiş ki, ictimai asayişi pozmaqla yanaşı küçədən keçən qadınlara qarşı tərbiyəsizlik etməkdən də çəkinməyib. Belə ki, o, içkili olduğu üçün 2007-ci ilin mart ayında "Azərbaycan" Nəşriyyatının qarşısında Sevgiladə Quliyeva adlı qadına sataşmışdır. Dava-dalaşa polis də qarşmış və buna görə də, Q.Zahid məsuliyyətə cəlb olunmuşdur. Bu tərbiyyəsiz və eyş-işarət düşkünü olan Q.Zahid Xocalı soyqıqrımı günü "Üç Palma" restoranında özbək qızları ilə eyş-işrət məclisi qurmaqla hansı əxalaqa və mənəviyyata sahib olduğunu da nünayiş etdirmişdir. Buna görə, utanıb xəcalət cəkməkdən və ictimaiyyətdən üzr istəməkdənsə, Ə.Kərimli ilə birlikdə oyun qurub, ifşa olunduğu məclisin hakimiyyət tərəfindən təşkil olunduğunu uydurmuşdur. Hətta bir qədərdə uzağa gedərək bildirdilər ki, guya ki, Q.Zahidi döyərək, zorla əxlaqsız qadınlarla şəkillərini çəkmişdilər.

Qənimət Zahidin cibindən 8 min dollar çıxmışdır

Başqa maraqlı məqam ondan ibarətdir ki, o zamanlar Q.Zahidin baş redaktor olduğu "Azadlıq " qəzeti maliyyə çətinliyi ilə üzləşdiyi barə də, müxalif qəzetlərdə məlumatlar dərc olunurdu. Halbuki, Q.Zahid "Üç Palma" restoranında fahişələrlə yaxalanarkən üzərindən 8 min dollar pul çıxmışdı. Bu isə, onu sübut edir ki, Q.Zahid üçün aylıq maaşa göz dikən əməkdaşların üzləşdikləri maddi çətinlik əhəmiyyətsiz olub. Bu gün də, bu məxluq eyş-işarətindədir. Bir zaman "Üç Palma"da tüfeyli olduğunu nümayiş etdirirdisə, bu gün Fransada şəbi-hicran deyir. Özünü erməni lobbisinə təslim etməklə, lazımi qədər pul-para qazanır. Parisdə sülənir, restoranlarda gün keçirir övladlarını pullu məktəblərdə oxutdurur, mülk alır, kefi düşəndə yaxın ölkələrə də səfərlərdə edir. "Turan" adlı üfunət iyi verən qondarma internet telekanalizasiyada öz yeridə. Təbii ki, internet televiziyasının yayımını təşkil edib, ağlına deyil, ağızlarına gələni danışmaq havayı-müfəssəl deyil. Ayı haradasa 150 min yevro. Niyə də olmasın ki? Əgər Amerika Birləşmiş Ştatlarında öz evindən "Osman TV" adlı qondarma internet televiziyanın yayımına görə, ABŞ-ın qaranlıq dairələrindən S.Osmanqızı aylıq 100 min dollar alırsa, tüfeyli, eyş-işrət düşkünü olan Q.Zahid niyə də ki, S.Osmanqızından daha çox maliyyə vəsaiti almasın? Aldığı pula görə Azərbaycanın dövlət maraqlarına zərbə vurmağa hesablanan ittihamlar da səsləndirir, bəzən Ə.Kərimlinin, C.Həsənlinin canlı yayımlarını təşkil edib onlar vasitəsilə hədyanlar da səsləndirir. Ancaq nə deməsindən və ya hansı təhqiri söyləməsindən asılı olmayaraq Q.Zahidin adı üstündədir: Satqın və xəyanətkar, həm də tüfeyli, eyş-işrət düşkünü olan məxluq.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə