"Xocalı soyqırımı-Milli matəm günü" - Tədbir

Qazax Rayon Qeydiyyat Şöbəsində "Xocalı soyqırımı-Milli matəm günü" adlı tədbir keçirilib.
Tədbirdə şöbənin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın müdafiəsi uğrunda həyatını qurban vermiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə Qeydiyyat Şöbəsinin rəisi Məsumə Səmədova açaraq bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib.
Şöbənin əməkdaşları Səadət Hacıyeva və Aytən Süleymanova Xocalı soyqırımı haqqında öz fikirlərini bölüşüb, qanlı faciəni törədənləri lənətləyərək, onların cəzalandırılmalarını tələb ediblər.
Tədbirin sonunda foyedə təşkil olunmuş Xocalı faciəsinin 28-ci ildönümünü əks etdirən sərgiyə baxış keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə