Alpinistlər Xocalı soyqırımını Haçadağada anıblar - FOTOLAR

Türkiyənin “Araz Təbiət İdman və Mədəniyyət Klubu”nun rəhbərliyi və üzvlərindən ibarət 37 nəfərlik alpinist qrupu Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq üçün Naxçıvana gəlib. SİA xəbər verir ki, Xocalı faciəsi qurbanlarının anım günü ilə əlaqədar onların Culfa rayonunun ərazisindəki hündürlüyü 2 min 415 metr olan Haçadağa yürüşü təşkil edilib.

Yürüş Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə həyata keçirilib. Həmin federasiyasının idmançıları da yürüşə qatılıblar.

Yarışa Culfa rayonunun Gal kəndindən başlanılıb. Dağın zirvəsinə çatan yürüş iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib, posterlər açıb, sonra iki ölkənin dövlət bayraqlarını dalğalandırıblar.

Yürüşdən sonra Hava və Ekstremal İdman Növləri Federasiyasının sədri Mais Əliyev və iştirakçılar arasında görüş keçirilib. Görüş zamanı qrup rəhbərlərinə federasiyanın plaketləri verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə