Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı xəbərdarlıq etdi

Koronavirus pandemiyaya çevrilə bilər. SİA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib.

Təşkilatın prezidenti Tedros Adhanom Gebreyesus bildirib ki, dünya birliyi koronavirusun pandemiyaya çevrilməsinə hazır olmalıdır. O əlavə edib ki, pandemiya sözü bu saat həqiqətə uyğun gəlməyə bilər, lakin mütləq şəkildə qorxu yaratmalıdır.

Qeyd edək ki, pandemiya yoluxucu xəstəliyin (məsələn, vəba, taun) bütün bir ölkəni, eyni zamanda onunla həmsərhəd ölkələri, bəzən bir çox ölkələri bürüməsinə deyilir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə