“Azərkosmos” İtaliya Aerokosmik Agentliyi ilə əməkdaşlıq edəcək

“Azərkosmos” ASC İtaliya Aerokosmik Agentliyi ilə əməkdaşlıq edəcək. ASC-dən SİA-ya bildirilib ki, ötən həftə Romada “Azərkosmos” və İtaliya Aerokosmik Agentliyi arasında sülh məqsədilə kosmik fəaliyyətlər sahəsində imzalanan anlaşma memorandumuna əsasən, tərəflər kosmik sahədə tədqiqatların aparılması, Yer Müşahidəsi məlumatların emalı, kosmik texnologiya və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanması, o cümlədən təcrübə mübadiləsi istiqamətində birgə əməkdaşlıq edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə