Ümid edirik ki, Xocalı üçün ədalət tezliklə əldə olunacaq - AÇIQLAMA

“Aydın məsələdir ki, Xocalı fəlakəti bəşər tarixinə qara ləkədir. Xocalı faciəsi XX əsrin son rübündə dünyada baş verən ən böyük insan cinayətlərindən biridir”. Bunu SİA-ya açıqlamasında Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ufuk Turganer deyib.

U.Turganer bildirib ki, Azərbaycan xalqı 28 ildir ki, şəhid olmuş 613 qardaşının əzabları ilə yaşayır: “Xocalı fəlakətindən 28 il keçməsinə baxmayaraq, hələ də Xocalı üçün ədalət tələb olunur. Ümidimiz budur ki, bu ədalət yaxın gələcəkdə əldə ediləcəkdir. Şimali Kipr Türk Cümhuriyyəti də böyük bir qırğından sonra qəhrəmanlıqlarla dolu bir dövr keçərək bugünlərə gəlib. Bu səbəbdən qardaş ölkə Azərbaycan ilə ortaq kədərlərimizin öhdəsindən birlik və həmrəylik içində gələcəyimizə əminəm. Qardaş Azərbaycanın başı sağ olsun. Şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı diləyirəm”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə