Türkiyə-Naxçıvan sərhədi bağlandı - SƏBƏB? - AÇIQLAMA

Türkiyənin Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Dilucu sərhəd-keçid məntəqəsində hərəkətə məhdudiyyətlər fevralın 23-də axşam saat 17.00 radələrində qüvvəyə minib. Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında İranda koronavirus təhlükəsi ilə bağlı Türkiyənin Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Dilucu sərhəd-keçid məntəqəsində də hərəkəti məhdudlaşdırmasına münasibət bildirərkən deyib.

E.Özoral qeyd edib ki, İranda koronavirus təhlükəsi ilə əlaqədar Dilucu sərhəd-keçid məntəqəsində də bəzi tədbirlər görülüb: "Bu tədbirlərlə bağlı Azərbaycanın rəsmi dairələrinə lazımi məlumatlar verəcəyik. Türkiyə rəsmiləri Azərbaycan rəsmiləri ilə əlaqə saxlayır, müzakirə aparırlar. Naxçıvanın zərər çəkməməsi üçün əlimizdən gələn səyləri göstərəcəyik”.

Səfir Dilucu sərhəd-keçid məntəqəsində məhdudiyətlərlə bağlı tədbirlərin yeni tətbiq olunmağa başlandığını söyləyib: "Bu gün həmin tədbirlərin konkret nələrdən ibarət olacağı dəqiqləşəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...