Ağac kəsintisi faktı aşkar edilməyib

Xətai rayonu Rahib Məmmədov və General Şıxlinski küçələrində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı sakinlər tərəfindən qanunsuz zəbt edilərək primitiv üsulla metal torlarla hasarlanmış bağ sahələrinin ətrafındakı metal torların Bakı Şəhər və Xətai Rayon İcra Hakimiyyətləri tərəfindən söküldüyü məlum olub. Ərazidə ağac kəsintisi faktı aşkar edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə