Dövlət qulluğu üzrə qanunvericiliyə hansı mühüm əlavə və dəyişikliklər edilib?
"Dövlət qulluğu üzrə qanunvericiliyə edilən əlavə və dəyişikliklərə əsasən müsabiqə zamanı yeni keçid balları təyin edilib. Dövlət qulluğun vəzifələrinin 6-7-ci təsnifatları üzrə keçid balı 75, 8-9-cu təsnifatlar üzrə isə 70 müəyyən edilib". SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov məlumat verib. O bildirib ki, vakant yerlərlə bağlı məlumatın verilməsində edilən dəyişikliklərə əsasn müvafiq dövlət orqanlarında vakant vəzifələr olduğu halda bu barədə mütəmadi olaraq komissiyaya məlumat verilməlidir. Onun sözlərinə görə, bu məlumatın ən azı ayda bir dəfə təqdim olunması nəzərdə tutulub.
V.Əsgərov vurğulayıb ki, dövlət qurumuna qəbulla bağlı müraciət formasında yeni dəyişiklik edilib: "Buna əsasən, vətəndaş dövlət qulluğuna qəbulla bağlı ilkin olaraq internet vasitəsilə müraciət edəcəklər. Test imtahanı mərhələsində müvəffəqiyyətlə keçənlərdən isə 10 gün müddətinə sənədlərin qəbul edilməsi təşkil ediləcək. Müraciətin elektron və kağız formada həyata keçirilməsi nəzərdə tutulub. Yeni əlavə və dəyişikliklərə əsasən, müsahibələrə yeni terminlər gətirilib ki, bunlar da daxili və ümumi müsahibədir. Ümumi müsahibələrin komissiya, daxili müsahibələrin isə müvafiq dövlət orqanları tərəfindən keçirilməsi nəzərdə tutulub".
DQMK-nın sədr müavini qeyd edib ki, ehtiyat kadrlarla bağlı qanunvericiliyə də müəyyən dəyişiklik edilib. Onun sözlərinə görə, vakant vəzifəyə təyin edilməyən namizəd 2 il müddətində komissiyanın ehtiyat kadrlar siyahısında saxlanılır. V.Əsgərov vurğulayıb ki, ehtiyat kadrlar siyahısında olan namizədlər 2 il müddətində analoji vakant vəzilər yarandıqda, buraya təyin olunur və 5-10 gün müddətində bu barədə məlumat verilir.
"Dövlət qulluğuna qəbul edilən şəxslər və digər dövlət qulluqçuları haqqında qanunvericiliklə müəyyən edilmiş məlumatları dövlət qulluqçularının reyestrinə vaxtında təqdim etməyənlərə inzibati xətalar məcəlləsində maddə müəyyən edilib. Dövlət qulluğuna qəbul edilən şəxslər və digər dövlət qulluqçuları haqqında qanunvericiliklə müəyyən edilmiş məlumatları dövlət qulluqçularının reyestrinə vaxtında, tam və ya düzgün verməyən vəzifəli şəxslər 300 manatdan 700 manatadək cərimə ediləcəklər", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB