Azərbaycan Prezidenti Bruney Sultanını təbrik edib

Prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiaha ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu göndərib. SİA xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-Bruney dostluq və əməkdaşlıq əlaqələrinin həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar, xüsusən İƏT və Qoşulmama Hərəkatı çərçivəsində bundan sonra da xalqlarımızın mənafelərinə uyğun inkişaf edəcəyinə və dərinləşəcəyinə inandığını bildirib.

Prezident İlham Əliyev Həssənal Bolkiaha möhkəm cansağlığı, işlərində uğurlar, Bruney xalqına sülh və rifah diləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...