İsraildə Xocalı soyqrımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib FOTOLAR

21 fevral 2020-ci il tarixdə İsrailin paytaxtı Təl-Əviv şəhərində Prezident meşəsində, 2016-cı ildə 613 Xocalı qurbanlarının xatirəsinə salınmış meşəlikdə Heydər Əliyev Fondunun dəstəyi ilə İsrail-Azərbaycan (AZİZ) Beynəlxalq Assosiasiyası tərəfindən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə İsrail Knessetinin deputatları, Milli Məclisin deputatı Rauf Əliyev AZİZ-in nümayəndələri xarici ölkələrin səfirləri və ictimayyət nümayəndələri iştirak ediblər.

Anım mərasimini "KKL" yəhudi Milli Fondunun Avrasiya şöbəsinin rəhbəri İqal Yasinov açaraq, bütün qonaqları salamladı və Prezident meşəsində belə bir tədbirin keçirilməsinin vacibliyini vurğulayıb.

Sonra mərasimin aparıcısı olan "AZİZ" Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman Xocalıda baş verən faciəvi hadisələrin tarixindən danışmış və bütün iştirakçılara günahsız qurbanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş edib.

Knessetin deputatı Mark İfraimov ümid etdiyini bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yaxın zamanlarda öz ədalətli həllini tapacaq. "Xocalı qurbanlarının 613-ü mənə Tövratın 613 əmrini xatırladır. Mən arzu edirəm ki, yəhudi xalqını İsrail torpağında 613 əmr kimi birləşdirsinlər, qoy 613 qurban ərazi bütövlüyə və tərəqqiyə gedən yolda Azərbaycan xalqını birləşdirən rəmzinə çevrilsin", - deyə Mark İfraimov bildirib.

Mitinqdə iştirak etmək üçün xüsusi olaraq Bakıdan gəlmiş Milli Məclisin deputatı Rauf Əliyev 4 il bundan əvvəl bu meşənin salınması mərasimində iştirak etdiyini və günahsız Xocalı qurbanlarının xatirəsinə göstərilən həssas münasibətə görə təşkilatçılara və bütün iştirakçılara minnətdarlığını bildirib. Rauf Əliyev əmin olduğunu bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə düçünülmüş, məqsədyönlü siyasət nəticəsində Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir.

Sonra şəhər merinin müavini Kiryat-Byalika Nahum Raçevski, şəhər merinin müavini Xolon Mixail Sutovski, "AZİZ" Assosiasiyasının Gənclər qanadının nümayəndəsi Ayaz Əzizov və ictimai təşkilatların rəhbərləri çıxış ediblər.

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak Azərbaycanın ağrısına biganə qalmadığına görə bütün iştirakçılara minnətdarlığını bildirmiş və bu tarixə xüsusi olaraq nəşr olunmuş məşhur Azərbaycan yazıçısı Günel Anarqızının "Qarabağ hekayələri", çex şairəsi Leyla Bəyimin "Qarabağ ağlaması" sonetlərinin çələngi daxil olduğu "Qışqırma" toplusunu təqdim edib.

Günel Anarqızı və Leyla Bəyim çıxışlarında onların əsərlərinin necə yaradıldığını və onları topluya birləşdirmək ideyasının necə yarandığını bildirdilər və kiçik parçalar oxuyublar. Xocalı faciəsinə həsr olunmuş mitinqdən xatirə olaraq toplu müəlliflərinin imzası ilə bütün tədbir iştirakçılarına "Qışqırma” toplusu paylanıb.

Sonda Azərbaycanın və İsrailin dövlət himnləri səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...