Dövlət məşğulluq siyasətinin yeni Prioritetləri ŞƏRH - ÖZƏL

“Azərbaycanda dövlət məşğulluq siyasəti son illər dərin islahat dövrünü yaşayır. Prezident İlham Əliyev tərəfindən bu sahə ilə bağlı imzalanan sənədlər, bir sıra qanunların qəbul olunması dövlət məşğulluq siyasətinin yeni istiqamətdə prioritetlərini müəyyən edib”. Bu fikirləri SİA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdir müavini Rəna Abdullayeva deyib.

30 oktyabr 2018-ci il tarixində 2019-2030-cu illəri əhatə edən Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının təsdiq olunduğunu xatırladan qurum nümayəndəsi söyləyib ki, bu sənəd dövlətin məşğulluq siyasətində 10 il üçün yeni prioritetlərini müəyyən etdi: “Prezident İlham Əliyevin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” da strategiyanıən birinci mərhələsinin reallaşdırılmasına yönəlib. Tədbirlər Planı strategiyaya uyğun şəkildə hazılanıb. Burada yer alan priorotetlər Məşğulluq Strategiyasına tam uyğundur”.

R. Abdullayeva bildirib ki, tədbirlər planına əsasən məşöulluq sahəsi ilə bağlı bir sıra dövlət orqanları ilə birgə kompleks tədbirlərin keçirilməsi nəzərdə tutulur və burada 2025-ci il üçün göstəricilər, hədəflər müəyyən edilib: “Tədbirlər Planı bir neçə hissədən ibarətdir. İlk növbədə normativ hüquqi bazanın və infrastrukturun təkmilləşdirilməsindən ibarətdir. Bu ilk növbədə Məşğulluqdan, İşsizlikdən sığorta haqqında qanunlar və digər qanunların təkmilləşdirilməsidir. Düzdür, bu qanunlar yeni qəbul olunub. Lakin əmək bazarı daim inkişaf etdiyi, yeni xidmətlər tətbiq olunduğu üçün onlara yenidən baxılması, təkmilləşdirilməsi zərurəti yaranır. Digər tərəfdən layiqli əməyin təyin olunması üzrə minimum əmək haqqının mərhələli şəkildə artırılması, əmək bazarının infrastrukturunun, regional peşə mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi, əməyin mühifəzəsi ilə bağlı məsələlər və digər istiqamətlər üzrə tədbirlər müəyyən edilib. Əsas məsələlərdən biri isə əmək bazarında işçi qüvvəsinin yaxşılaşdırılması və əmək bazarının tələbatına uyğunlaşdırılmasıdır”.

Nazirlik rəsmisi qeyd edib ki, qarşıya qoyulan əsas məqsədlərdən biri əmək bazarında peşə təhsili sistemini təkmiləşdirilıməsidir ki, bura Təhsil Nazirliyi ilə müxtəlif tədbirlərin həyata keçirilməsi nəzrdə tutulub: “Səmərəliliyinin artırılması, altiv məşğulluq tədbirləri təşkil olunmalıdır. Sosial cəhətdən həssas qrupların aktiv əmək bazarına cəlb olunasına xüsusi yer ayrılır. Belə ki, planda hər il orta hesabla 25 min nəfər həssas əhali qrupunun aktiv əmək bazarına cəlb olunması nəzərdə tutulub. Eyni zamanda onların peşə hazırlığı məsələsinə böyük əhəmiyyət verilir. Belə ki, qarşıya qoyulan tələblərdən biri il ərzində 2500 nəfərin peşə hazırlığına cəlb olunması, 1500 nəfərinin isə müasir modul tədris proqramına uyğun peşə hazırlığına cəlb olunmasıdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...