Vəfadar Misirov: “İndiyədək komissiyanın ehtiyat kadrında olan namizələrdən 100-ə qədəri müxtəlif dövlət vəzifələrinə təyinat alıb”
Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının ehtiyat kadrlar siyahısında 250-yə yaxın namizəd var. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında DQMK-nın sədr müavini Vəfadar Misirov məlumat verib. O bildirib ki, qanunvericiliyə görə onlar 2 il müddətində ehtiyat kadrlar siyahısında olurlar. Onun sözlərinə görə, hər bir müsabiqə öncəsi namizədlər, onların hansı vəzifələrə yararlı olub-olmamaları haqqında bütün dövlət orqanlarına müraciətlər edir və məktublar göndərilir.
"İndiyədək ehtiyat kadrda olan namizələrdən 100-ə qədəri müxtəlif dövlət vəzifələrinə təyinat alıb. Bu proses mütəmadi olaraq sistemli şəkildə davam edir. Ehtiyat kadrlar təbii olaraq müsabiqə qalibləri test imtahanından keçib, müsahibədən uğur qazanıblar. Buna görə də onların yerləşdirilməsi ən mühüm məsələlərdən biridir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB