Arzu Rəhimov İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi İsrail Dövlətinin Azərbaycan Respublikasındakı səfiri ilə görüşüb. SİA xəbər verir ki, fevralın 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşüb.

Yeni təyinatı münasibətilə səfiri təbrik edən Xidmət rəisi Azərbaycanla İsrail arasında bütün sahələrdə mövcud olan səmərəli və işgüzar əməkdaşlıq münasibətlərindən bəhs edib.

İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik təbrikə görə təşəkkürünü bildirib. O, ölkəmizdə diplomatik fəaliyyətindən məmnunluğunu ifadə edib, qarşılıqlı münasibətlərin hazırkı səviyyəsindən razılığını bildirərək əlaqələrin inkişafına öz töhfəsini verdiyini diqqətə çatdırıb.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə