Yaşıllıqların salınmasına böyük dəstək

Yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazasının yaradılması çevik qərarların verilməsi, ərazinin analiz edilməsi, bunun nəticəsində yeni ərazilərdə əlavə yaşıllıqların salınmasına qərar veriləsinə böyük dəstək olacaq. SİA xəbər verir ki, bunu ETSN-də bu gün keçirilən mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş mühəndisi Cavanşir Məmmədov deyib.

“Bildiyiniz kimi, Bakı şəhərində yaşıllıqlar əsasən 60-80-ci illərdə salındığından mövcud yaşıllıqların ən azı 50-60 yaşı var. Bu səbəbdən də ağacların dekorativ nöqteyi nəzərdən yararsız vəziyyətə düşməsi, atmosferin, küləklərin təsirindən sınması, eybəcər hala düşməsi qanuni haldır. Məhz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ilkin olaraq Bakı şəhərində yaratdığı yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazası bizə imkan verəcək ki, ərazilərdə daha dəqiq olaraq ağac və kol növlərinin seçərək əkilməsinə nail olaq. Bu vaxtında qaldırılmış məsələdir və bunun mütəmadi olaraq həyata keçirilməsi zəruridir”, deyə Cavanşir Məmmədov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə