Rəqəmsallığı, eyni zamanda, Korporativ Sosial Məsuliyyət strategiyasını əks etdirən Azercell təhsilin inkişafı, gəclərin inkişafı, sağlamlığın müdafiəsi rəqəmsal savadlılığın artırılması, mədəni irsin qorunmasına töhvə verən təşəbbüslərini davam etdirib. Yay aylarını əhatə edən “rəqəmsal dünya bölgələrdə” lahiyəsi çərçivəsində şirkən nümayəndələri düşmənlə təmas xəttində yerləşən Cocuq Mərcanlı qəsəbəsi də daxil olmaqla, məcburi köçkün düşərgələrinin sakinləri və aztəminatlı ailələrə hədiyyələr payladılar və onlar üçün Azercell Mobil Diş və Mobil Gös klinikalarında pulsuz müayinələr etdilər.

Azercell Azərbaycanda ilk dəfə olaraq Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkil etdiyi “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində kibertəhlükəsizlik sahəsində maarifləndirmə və informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırması lahiyələrində fəal iştirak edib. 2019-cu il ərzində 588 şagird, 76 valideyn, 78 müəllim kibertəhlükəsizlik təlimlərindən yararlanıb.

Təbii haldır ki, şirkətin fərqli istiqamətlərdə innovativ fəaliyyəti həm yerli, həm də beynəlxalq qurumların diqqətinə səbəb olaraq 2019-cu ildə də Azercell-ə nüfuzlu mükafatlar qazandırıb. ABŞ-ın prestijli biznes mükafatı olan “Stevie” mobil operatoru “İlin Telekommunikasiya şirkəti” adına layiq görülüb.

Azercell-in yeni brend kimliyinin təqdim edilməsi isə ilin İnnovasiya tədbiri seçildi və Azercell Azərbaycan İnnovasiya Mükafatına layiq görülüb.

Day.az media portalının “ İnsanların Seçimi” mükafatının “İlin ən yaxşı mobil operatoru” nominasiyasının qalibi də Azercell Telekom seçilib.

Rəqəmsal dünyanı müştəriləri üçün daha əlçatan etməyi hədəfləyən Azercell ən son texnoloji yeniliklərin və innovativ həllərin ölkədə tətbiqinə davam edəcək.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə