Azercell transformasiya ilinin nəticələrini açıqlayıb

Azercell transformasiya ilinin nəticələrini açıqlayıb. Ötən il Azərbaycan yeni bağlantı arasına hazırlamağı vəd edən Azercell Telekom 2019-cu ildə ən son texnoloji yeniliklər ölkəyə gətirməklə yanaşı, 4,5 milyon nəfərdən çox abunəçinin seçimi və 49% bazar payının sahibi kimi mobil kommunikasiya bazarında birinciliyini qorumuş oldu. SİA xəbər verir ki, artıq uzun illərdir ki, ölkəmizdə qeyri-neft sektorunun ən iri vergi ödəyicisi olan Azercell 2019-cu ildə dövlət büdcəsinə 112milyon manat, 23 il ərzində isə 1 milyard 845 milyon manat vergilər də daxil olmaqla, dövlət büdcəsinə ödənişlər edilib.

Şirkət tərəfindən Azərbaycanda telekommunikasiya mın inkişafına ötən il 94 milyon yarım ABŞ dollarından çox, ümumilikdə isə 1 milyard 621 milyon ABŞ dollarından artıq sərmayə yatırılıb. 2019-cu ildə sosial lahiyələr ümumilikdə 253 min ABŞ dollarından artıq vəsait sərf edilib ki, bu göstərici 23 il ərzində 19 milyon dolları keçib. 2019-cu ildə yenilənmiş brend kimliyi ilə abunəçiləri üçün rəqəmsal dünyanın sonsuz imkanlarını açan Azercell, müasir texnologiyaların tətbiqi ilə onların həyatlarını əsaslı şəkildə dəyişəcəyini bəyan etdi. Azercell-in çevikliyi və yenilikçi ruhunun rəmzi olacaq, keçmişlə gələcək arasında bir bağ yaradaraq hərəkət və inkişafı təcəssüm etdirəcək yeni nişan, şirkət tarixində yeni eranın əksidir.

İyunun 21-də Heydər Əliyev Mərkəzində dövlət və biznes strukturları, ictimai xadimlər və media nümayəndələrinin iştirakı ilə keçirilən möhtəşəm tədbirdə ilk dəfə olaraq 360 dərəcəlik 3D proyeksiyası nümayiş etdirildi. 300-ə yaxın dron səmada Azərbaycan bayrağı və xəritəsinin, Azercell-in əvvəlki və yeni loqolarının təsvirini yaradaraq izləyicilərə möhtəşəm şou sərgilədi. Rəqəmsal bağlantı erasına hazırlıq ərəfəsində Azercell yüksək keyfiyyətli 4G texnologiyasının ölkə regionları boyu yayımlanmasına daha güclü təkan verərək 2018-ci ilin sonlarından 2019-cu ilin sonuna qədər şəbəkənin respublika üzrə coğrafi əhatəsini 366%,əhali əhatəsini isə 120% artırmış oldu. Bütün ölkə üzrə toplam 1617 yeni radiobaza stansiyası quraşdırılıb ki, onların da 1217-ni 4G şəbəkəsi üzərindən çalışan saytlar təşkil edir. Şəbəkə keyfiyyətinin yüksəldilməsi, həmçinin, istifadə həcminin də artmasına şərait yaratdı:Azercell şəbəkələri vasitəsilə ötürülən internet təklifinin həcmi 304%artıb. "Systemics"Avropa şirkəti Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testi nəticəsində Azercell-in bölgələrdə 4G texnologiyası üzrə daranın ötürülmə sürətinə, informasiyanın yüksəlmə müddətinə və video materialların daha yüksək keyfiyyətlə ötürülməsinə, görə ölkənin mobil operatorlar o arasında daha üstün olduğunu təsdiqləyib.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə