Maşinistlər üçün ixtisasartırma təliminə start verildi FOTO

Teplovoz maşinistləri üçün ixtisasartırma təliminə start verilib. "Azərbaycan Dəmir Yolları" QSC-dən SİA-ya verilən məlumata əsasən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin insan resursları siyasəti çərçivəsində teplovoz maşinistləri üçün ixtisasartırma təliminə start verilib.

Gəncə Lokomotiv Deposunda teplovoz maşinisti ixtisası üzrə 16 vakansiyanın mövcudluğu və həmin peşə üzrə əmək bazarında namizəd qıtlığı nəzərə alınaraq boş yerlərin daxili imkanlar hesabına komplektləşdirilməsi barədə qərar verilib. Beləliklə, Gəncə Lokomotiv Deposunun əməkdaşları arasından 16 maşinist seçilib və ixtisasartırma təliminə cəlb olunub.

İxtisasartırma təlimi 3 ay müddətində davam edəcək. Nəzəri və praktiki hissələrdən ibarət olan təlim proqramı əməkdaşların bilik və bacarıqlarının hərtərəfli təkmilləşdirilməsinə xidmət edəcək.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə