Namizədin ərizəsi MSK-nın iclasında gülüşə səbəb oldu

MSK-nın iclasında maraqlı anlar yaşanıb. SİA-nın verdiyi məlumata görə, 40 saylı Kəpəz ikinci seçki dairəsindən namizəd olmuş Sitarə Zeynalovanın şikayətinin araşdırması zamanı sənədlərdə 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi əvəzinə 32 saylı Suraxanı üçüncü seçki dairəsinin yazıldığı üzı çıxıb.

MSK sədri Məzahir Pənahov şikayətçiyə müraciətlə: “Necə olub ki, 40 saylı Kəpəz ikinci seçki dairəsinin əvəzinə 32 saylı Suraxanı üçüncü seçki dairəsinin adı yazılıb?”, deyib.

Şikayətçi bunun texniki səhv olduğunu deyib.

MSK sədri isə bu izahatla razılaşmayıb: “Nizami əvəzinə Füzuli yazıla bilər. Amma 32 saylı Suraxanı üçüncü necə yazıla bilər?!”.

Yaranmış anlaşılmazlıq iclasda gülüşə səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə