“Könüllü Başlanan Uğurlu Yol” layihəsi başa çatıb FOTOLAR

“İrəli” İctimai Birliyinin təşkilati, Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən XIII qrant müsabiqəsinin qalibi Əfsanə Şükürovanın “Könüllü Başlanan Uğurlu Yol” adlı fərdi layihəsinin icrası başa çatıb. SİA-nın verdiyi məlumata görə, layihə rəhbəri Əfsanə Şükürova qeyd edib ki, ölkəmizdə gənclərə, xüsusilə də gənc könüllülərə xüsusi diqqət var. Bu diqqətin göstəricilərindəndir ki, cənab Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər İli” elan etdi. Bu, gənclərin əzmkarlığını daha da artıracaq və bu hərəkat genişlənməkdə davam edəcək. Könüllülər ilində həyata keçirilən bu layihədə çata bilmədiyimiz gənclər qurupuna çatmağa, onlarda sosial aktivlik, könüllülük fəaliyyətinin inkişafına çalışdıq və bu istiqamətdə təlimlər keçirilib.

Layihənin əsas məqsədi gənclərin dəstəklənməsi, təhsilə, peşə fəaliyyətinə həvəsləndirilməsi, sosial həyatda aktivliyinin artırılması olub. Bu xüsusda gənclərə könüllülük fəaliyyətinin faydaları izah olunaraq, onların özünü inkişaf etdirməsinə, peşə təcrübəsi qazanmasına dair əyani nümunələr təqdim olunub.

Layihə çərçivəsində 3 gün ərzində gənclərə bu istiqamətdə təlimlər keçirilib, bugünki gündə necə təcrübə qazanmaq, könüllülük fəaliyyətlərinə necə qoşulmaq olar, şəxsi inkişaf üçün nə etmək lazımdır və sıfırdan uğur qazanmağın mümkünlüyü haqqında danışılıb və təlimçi Vüsal Qasımov tərəfindən layihə iştirakçılarının suallarını cavablandırıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...