İtkin düşmüş Azərbaycan əsgərinin meyiti tapılıb

Bir müddət əvvəl itkin düşmüş Azərbaycan əsgərinin meyiti neytral ərazidən götürülüb. SİA xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova fevralın 19-da tərəflərin müraciəti və razılaşması ilə BQXK Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatında neytral vasitəçi kimi iştirak edib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Ordusunun hərbçisi Akif Elşən oğlu Abbasov itkin düşüb. İtkin düşən hərbçinin meyiti Azərbaycan-Ermənistan sərhədində neytral ərazidə tapılıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB