AGERPRES agentliyi ölkəmizdə keçirilmiş parlament seçkilərindən yazır

Rumıniyanın AGERPRES milli xəbər agentliyi Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Nəcəfovun “Parlament seçkiləri 2020 - Azərbaycan siyasi sisteminin inkişafında yeni mərhələ” sərlövhəli məqaləsini yayıb. Məqalədə fevralın 9-da Azərbaycanda keçirilmiş parlament seçkiləri barədə ətraflı məlumat verilib. Seçki dairələrinin, məntəqələrinin, seçicilərin sayı qeyd olunub. Bildirilib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüz səbəbindən Dağlıq Qarabağ və ətraf rayonlardan deputatları seçmək üçün ölkə üzrə qaçqın və köçkün əhali üçün 523 seçki məntəqəsi yaradılıb. Seçkilərdə beynəlxalq müşahidəçilərin, KİV nümayəndələrinin iştirakı diqqətə çatdırılıb.

Müəllif parlament seçkilərinin Azərbaycan Prezidenti İlham Əliyevin apardığı islahatların bir hissəsi olaraq ölkənin siyasi sisteminin inkişafında yeni mərhələ təşkil etdiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə