Bu dəfə kitab üzərində satqınlığı...

Sirr deyil ki, Leyla Yunus Azərbaycanda yaşadığı dövrdə, "Sülh və Demokratiya İnstitutu" adlı qondarma qurumun adı ilə dəfələrlə Ermənistana səfər edib və orada görüşlər keçirib. Belə ki, o Azərbaycanın təhlükəsizliyi zərərinə 2002-ci ildən etibarən təsisçisi və sədri olduğu, hüquqi qeydiyyatı olmayan qurumu vasitəsi ilə Şahnazaryan David Qurgenoviç, Baqdasaryan Laura Seyranovna və digərləri ilə birlikdə Ermənistanın "Region" Tədqiqatlar Mərkəzi və digər qeyri-hökumət təşkilatları arasında "xalq diplomatiyası" üzrə birgə layihələr həyata keçirilməsinə çalışıb. Eləcə də, o, Karen Ohancanyan tərəfindən Böyük Britaniyadakı bankdan 2002-ci ildə, Ermənistanda fəaliyyət göstərən "Jurnalist Araşdırmaları" qeyri-hökumət təşkilatı tərəfindən isə İrəvan şəhərindəki bankdan 2004-cü ilin iyulundan 2005-ci ilin mayınadək olan müddətdə rəhbərlik etdiyi qurumun şöbə müdiri olan, əri Arif Yunusun Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarındakı hesablarına köçürülmüş külli miqdarda pul vəsaitləri müqabilində, düşmən ölkədə fəaliyyət aparıb. İndi də Azərbaycan xalqının maraqlarını erməni kəşfiyyatına satan Leyla və Arif Yunuslar AŞPA-nın ölkəmizdə keçirilən parlament seçkiləri ilə bağlı "qətnaməsi"ndən bəhrələnməyə çalışıb. Özünü "əzabkeş" kimi təqdim edən L.Yunus bu dəfə də öz murdar xislətindən əl çəkməyib. Belə ki, mart ayında Yerevana səfər etməyi planlaşdıran Yunuslar Yerevandakı partnyorlarının-Ermənistan xüsusi xidmət orqanlarının keçmiş rəhbəri David Şahnazaryanın dəstəyi ilə "Dəhşətli Azərbaycan reallıqları" adlı kitabın Ermənistanın piştaxtalarına satışına çıxaracaqları bildirilir. Hətta onların bu ölkəyə birdəfəlik getmələri məlumatları da var. Görünür, onlar digər erməni aşiqi, separatçı Əlikram Hümbətov üçün də çox darıxıblar. Reallığa qalanda isə, onların Ermənistana səfərləri artıq nə qədər ermənipərəst olduqlarının aşkar sübutudur.

Simasızların siması...

Göründüyü kimi, həyasızlığı ilə özünü gündəmdə saxlayan, Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlığı subuta yetirilərək həbs olunan, Azərbaycan dövlətinin humanistlik göstərərək azadlığa buraxdığı "siyasi məhbus" alverçisi Leyla və Arif Yunusların bu gün Azərbaycana qarşı hər cür böhtanlarına dəstək olması onların simasızlığını göstərib. Bu gün ermənilərlə iş birliyini gizlətməyən bu o Leyla-Arif Yunuslardır ki, QHT-çilik taleyinin bütün mərhələlərində anti-Azərbaycan kompleksini gizlətməyib. Daim xarici anti-Azərbaycan qüvvələrin malyyələşdirdiyi layihələrin icrası ilə məşğul olub. Yalançı "siyasi məhbus" siyahıları hazırlayaraq, dövlətin beynəlxalq nüfuzuna kölgə salmağa çalışıb, satılıb və satmaqda davam edir.

Bu gün həyasızcasına L.Yunus "bizim adımızı tarixdən silmək mümkün olmayacaq" tipli bəyanatlar verməklə anlamır ki, onların adları Azərbaycanın şanlı tarixində Vətənə xəyanətin simvolu kimi qalacaq. Ona görə ki, bu "tarix" yalnız şərdən, böhtandan, xəyanətdən və cəmiyyətə vurulmuş qara ləkədən ibarətdir.

Eyni zamanda, bu satqın onu da bilməlidir ki, nə cızmaqaradan ibarət olan kitabı, nə AŞPA-nın "siyasi məhbus" oyununa dəstək olmaqla heç nəyə nail olmayacaq. Çünki dövlətini satanlar, vətən xainləri daim lənətlə yad olunur.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə