Rusiya heyyətinin Bakıya səfəri baş tutub

Fevralın 18-də "Rusiya Federasiyasında Hava Hərəkətinin təşkili üzrə Dövlət Korporasiyası"nın baş direktoru İqor Moiseyenkonun başçılıq etdiyi heyətin Bakıya səfəri baş tutub.

"Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) SİA-ya verilən məlumata görə, səfər çərçivəsində Rusiya nümayəndə heyəti həmçinin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin (AZANS) direktoru Fərhan Quliyevlə görüş keçirilib. İkitərəfli əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məqsədilə "Azəraeronaviqasiya" HHİ-nin və Rusiya Federasiyasında Hava Hərəkətinin təşkili üzrə Dövlət Korporasiyası"nın rəhbərləri əməkdaşlıq haqqında memorandum imzalanıb.

Görüşdə tərəflər son illərdə hava daşımalarının həcminin artdığını və buna görə təhlükəsiz və keyfiyyətli hava naviqasiyası xidmətlərinin göstərilməsinin iki təşkilatın əməkdaşlığında vacib istiqamət olduğunu qeyd edilib.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə